Video
Video

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı - Yenilənib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı - Yenilənib

10.40

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

OLAY yazır ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.

İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.

12.43:

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.