Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay” konsertində operator təsadüfən Astronomer IT şirkətinin rəhbərinin xəyanətini üzə çıxarıb - o, qadını qucaqlayarkən lentə alınıb.
OLAY yazır ki, hadisə Bostonda baş verib.
Belə ki, videoda Astronomer IT şirkətinin rəhbəri Endi Bayron və HR rəhbəri Kristin Kabot yer alıb.
Daha sonra Bayron dərhal Kabotdan uzaqlaşaraq piştaxtanın arxasında gizlənməyə çalışıb, qadın isə əlləri ilə üzünü örtüb.
Qeyd olunur ki, Amerika şirkətinin baş direktoru olan Endi Bayron öz həmyaşıdı, 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir.