Olay
Olay

Çingiz cadudan danışdı - Video

Çingiz cadudan danışdı  - Video

“Avroviziya” təmsilçilərimizdən olan müğənni Çingiz Mustafayev cadudan söz açıb.

OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında video yayımlayıb. 

Mustafayev sözügedən mövzu ilə bağlı fikirlərini bu şəkildə nəql edib:

“Bu mövzuda problem fikirdən başlayır. Biz buna proqram da deyə bilərik. İslamda buna cin deyirlər. Belə izah edim: bizim auramız və qoruyucu qatımız var. Cadu nədir? Həmin cadu gəlib auramıza ilişir. Əgər biz həmin neqativ fikirlərə şərait yaradırıqsa, titrəşimizi aşağı salırıqsa, qorxu ilə yaşayırıqsa, yaradana və özümüzə inanmırıqsa, mütəmadi narazılıq edirik. Bu zaman aura zəifləməyə başlayır və həmin proqram (cadu) bədənimizə daxil olur. Bundan sonra isə ruhsal problemlər, beyin başlayır pozulmağa. Beyin də pozulursa artıq orqanları düzgün şəkildə idarə edə bilmir. Çünki biz yatanda hər şeyi beyin idarə edir. Sonra orqanlar əziyyət çəkməyə başlayır. Ona görə də fikirlərə diqqət etmək çox önəmlidir. Hansı fikir və fəlsəfə ilə biz yaşayırıq... Nə dərəcə neqativ düşüncə ilə biz yaşayırıq. Çünki bunun qiyməti çpx ağır ola bilər. Xəstəlik, ölüm və sairə. Buna çoxları içinə cin girib” deyirlər (gülür). Buna biraz fərqli yanaşıram. Biraz dəyişik yanaşıram və düşünürəm ki, bu bir proqramdır. Əgər o proqrama şərait yaradırsınızsa o sizi çox aşağıya salacaq”.