Video
Video

Kirkorova 100 minlik “kuliç” hədiyyə olundu

Kirkorova 100 minlik “kuliç” hədiyyə olundu

Rusiyanın Xalq artisti Filipp Kirkorova “Pasxa” bayramı əlaqədar dəyəri 100 min rubl (təxminən 2070 manat) “kuliç” tortu hədiyyə olunub. 

OLAY yazır ki, xüsusi olaraq sənətçi üçün hazırlanan şirniyyatın müəllifi dizayner və iş adamı Denis Simaçevdir. 

Bildirilib ki, “Dubay şokoladı” içlikli “Pasxa” tortu giləmeyvə, qaymaq və xaçlı kağız “qübbə” ilə bəzədilib. 

Simaçev Filippə imza desertini təqdim etdikdən sonra “kuliç”in qiyməti 4 dəfə artıb.

Kirkorov tortu çox bəyəndiyini söyləyib. Pop ulduz şirniyyatı dəbdəbəli evindəki yemək masasının üstünə qoyub və dizaynerə təşəkkür edib.

Qeyd edək ki, bu il Rusiyada pravoslav “Pasxa” aprelin 20-də qeyd olunacaq.