Xəbər verdiyimiz kimi, Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.
OLAY yazır ki, sözügedən məkanda mayın 10-da “Sən yadıma düşəndə” adlı konserti planlaşdırılan Əməkdar artist Sevda Ələkbərzadə məsələ ilə bağlı instaqram səhifəsində videoaçıqlama yayıb. Sənətçi bildirib ki, onun konserti təxirə düşməyəcək:
“Əziz dostlar bir çoxlarınız narahatsınız ki, Bakı Konqres Mərkəzində təmir işləri gedir və bununla bağlı xəbərlərdə çıxdı. Sual verirsiniz ki, Sevdanın konserti təxirə düşəcək yoxsa olacaq. Narahat olmayın, konsertim olacaq. Sağlıq olsun!”.