Video
Video

Meqanla küsülü olmadığını belə göstərdi

Meqanla küsülü olmadığını belə göstərdi

Bu yaxınlarda Şahzadə Meqan Marklın yeni yemək şousunu ələ salan dünya şöhrətli Hollivud aktrisası Qvinnet Peltrou ikisi arasında mübahisə olduğu barədə şayiələri təkzib edib.

OLAY yazır ki, Qvinnet onu ziyarət etməyə gələn Meqanla yeni videosu instaqram səhifəsində yayımlayaraq yaxşı münasibətlərinin olduğunu nümayiş etdirib. 

Peltrou sosial şəbəkədə geniş müzakirə olunan Markl ilə “dalaşmasından” xəbərdar olub-olmaması ilə bağlı hekayələrdə izləyicilərinin suallarını cavablandıran bir video çəkib. 

“Mən heç başa düşmürəm ki, bu nə ilə bağlıdır, sən başa düşürsən? (Bu anda Qvinnet kameranı yanında oturub yemək yeyən Meqanı çəkib)”, - deyə Qvinnet bildirib.

Görüntüdə başını sağa-sola aparan Markl “yox” cavabını verib.