Türkiyəli gəncin İrəvanda Azərbaycan dilində danışaraq video çəkməsi sosial media seqmentində gündəm olub.
OLAY yazır ki, belə bir addımı Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir atıb.
Özdemir, əvvəlcə Gürcüstana, oradan isə Ermənistanın paytaxtı İrəvana yollanıb.
Gəncin səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb
O.Özdemirin videosu sosial şəbəkələrdə geniş kütləyə yayılıb və Ermənistan seqmentində ciddi narahatlığa səbəb olub.