Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi liftdə olarkən əri ilə çəkdiyi məzəli videonu instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Görüntülərdə Xuraman “Eşqim yeni arvad istəyirsənsə gülümsə…” deyərək Elçinə səslənib.
Onun bu sözlərinə Elçin əvvəlcə gülüb. Daha sonra isə Xuraman “Adə…” söyləyəndən sonra həyat yoldaşı gülüşünü yığışdırıb və ciddi üz ifadəsi alıb.
Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var.