Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında keçirilən konsert proqramında çıxış edib.
OLAY yazır ki, Mədəniyyət Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitesinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” ili çərçivəsində baş tutan tədbir 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunub.
Gecədə çıxış edən Ağayeva tək başına, heç bir müşayiət olmadan royalda mərhum əfsanəvi ulduz Uitni Hustonun “I Have Nothing” mahnısı ilə müəllifi olduğu “Sənsiz” əsərini sintez edib.
Tünzalənin bu çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.