Video
Video

Parlamentdə dava - 2 yaralı

Parlamentdə dava - 2 yaralı

Serbiyada parlamentin iclası zamanı deputatlar arasında qarşıdurma yaşanıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, iclas zamanı müxalif deputatlar zalda fişəng yandırıb, eləcə də gözyaşardıcı qazdan istifadə ediblər. 

İnsident qanunverici orqanda ali təhsil və gənclər üçün mənzil kreditləri barədə qanuna düzəlişlərin müzakirəsi çərçivəsində qeydə alınıb. Müzakirələrdən əvvəl müxalif deputatlar dinləmələrdə iştirak etməyəcəklərini və etiraz aksiyası təşkil edəcəklərini bildiriblər. 

Qarşıdurma zamanı iki qadın xəsarət alıb. 

Onu da qeyd edək ki, buna paralel olaraq parlamentin binası önündə hökumətin istefasını tələb edən tələbələrin etiraz aksiyası keçirilib.