Video
Video

“Gözəllik salonlarına getməkdən bezmişəm” - Renka

“Gözəllik salonlarına getməkdən bezmişəm” - Renka

Rəqqasə Renka (Rəna Ağamuradova) paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sükan arxasında instaqram səhifəsində video yayımlayan Renka gözəllik salonlarına getməkdən bezdiyini və yorulduğunu bildirib.

“Məni qınamayın... Mənim üçün gözəllik salonuna getmək və orada iki saat vaxt itirmək çox çətindir. Üzüm, saçlarım yorulub. Təsəvvür belə etmirsiniz ki, necə bezmişəm gözəllik salonlarından. Onlarda məndən beziblər. Amma işimiz budur. Hər zaman gözəl görsənməliyik. Sadə olmamalıyıq. Hər zaman aşırı gözəl görünməliyik” – deyə Renka vurğulayıb.