Aparıcı Zaur Baxşəliyev 44 yaşına qədəm qoyub.
OLAY yazır ki, televiziya ulduzu doğum gününü valideyn himayəsindən məhrum olan uşaqlarla keçirdib.
Həmin anları instaqram səhifəsində izləyiciləri ilə bölüşən Baxşəliyev bu sözləri yazıb:
“Ənənəmizə sadiq qalıb budəfəki doğum gününü Azərbaycan Uşaqları İctimai Birıiyində qeyd etdik. Ad günümdə hədiyyə almaqdan çox, hədiyyə verməyi sevirəm. Heç vaxt kəhkəşanlı doğum günü partisi etmədim, sevmirəm də, edə bilmərəm də . Səbəblər onsuz bəllidir. Ürəkləri nə istədi aldıq götürdük, bir gözəl məqam da orda yerində yaşandı. Gözəl Səma qızımız nişanlanıb, toyu olacaq . Söz verdim ki, Allah qismət etsin, bu toyu biz edək. Bax belə, bu da mənim doğum günüm. Sevdim bu doğum günümü”.
Qeyd edək ki, Zaur Baxşəliyevin ad gününün 26 fevral Xocalı soyqırımı tarixinə təsadüf etdiyi üçün heç zaman ad gününü keçirtmir.