“Qayıdıram keçmişə, sovet vaxtlarına. Yadımdadır ki, qar yağırdı, külək əsirdi, yollar buz bağlayırdı amma buna rəğmən hamımız məktəbə gedirdik. Anam məni piyada, buz üstündə aparırdı məktəbə. Heç “uf”da eləmirdim”.
OLAY yazır ki, bu sözləri reper və iş adamı Malik Kələntərli (ABD Malik) instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.
Keçmişin və bu günün valideynləri ilə müqayisə aparan sənətçi fikirlərini belə nəql edib:
“İndiki valideynlərlə keçmişin valideynləri arasında çox fərq var. Tamamilə başqa insanlardır. Mən özümü də nəzərdə tuturam. Özüm də beləyəm... Bir balaca külək əsir, qar yağır, yolları buz bağlayır bəhanə axtarırıq ki, uşaqlar məktəbə getməsinlər. Bu gün getməsinlər, uşaq xəstələnər, başına nəsə düşər, yolda avtomobil sürüşər. Çox maraqlıdır. Uşağımız səhər saatlarında aparmışam məktəbə. Zəng vurub deyir ki, həç kim bu gün məktəbə gəlməyib, tək qalmışam, gəl məni apar. Təzədən qayıtmışam məktəmə onu evə aparmaq üçün. Sizdə yəgin ki, beləsiniz...”
Qeyd edək ki, Malik Kələntərlinin Şanis və Xədicə adlı iki qız övladı var.