Dünya şöhrətli pop ulduz Teylo Svift, sevgilisi Travis Kelsinin komandası məğlub olduqdan sonra “Super Bowl - 2025” fitə basılıb.
OLAY yazır ki, azərkeşlər Travisin komandasının məğlub olmasında günahı sənətçidə görüblər.
Onların fikrincə, Svift oyundan əvvəl Kelsini onunla görüşməyə vadar edib. Bu şeyləri oyundan əvvəl etmək isə pis əlamət hesab edilir.
Azarkeşlər o qədər sərt idilər ki, Taylorun üzü böyük ekranda görünən kimi bütün stadion onu fitə basdıb.
Müğənni çaşqınlıqdan çox xəcalət çəksə də, baş verənləri yumorla qəbul etməyə çalışıb.
“Daily Mail” nəşrinin məlumatına görə Svift tezliklə “Super Bowl”u tərk etmək məcburiyyətində qalıb.
Dodaq oxuyan bir mütəxəssis, Taylorun nə baş verdiyini anlamadığını təxmin etdiyini nəşrlə bölüşdü. “Ay allah, nə baş verir?” – deyə pop ulduz yanında əyləşən rəfiqəsindən soruşub.
İctimaiyyət müğənninin reaksiyasını o qədər də anlamayıb. Bəzi insanlar düşünür ki, Taylor oyunda görünməməli və özünə bu qədər diqqət çəkməməli idi. Nifrət edənlər artıq cütlüyün parçalanacağını proqnozlaşdıraraq, münasibətlərinin bundan sonra sağ qalmayacağını iddia ediblər.