Aparıcı və aktyor İlkin Həsəni vəfat edən yaxın dostu və həmkarı Azər Baxşəliyevlə bağlı paylaşım edib.
OLAY yazır ki, İlkin instaqram səhifəsində Azərlə müxtəlif zamanlarda birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.
Həsəni sözügedən şəkillərə “1 ay oldu...” qısa şərhini yazıb.
Qeyd edək ki, yanvarın əvvəlində aparıcı və aktyor Azər Baxşəliyev dünyasını dəyişib.