Əməkdar artist Abbas Bağırovun başına iş gəlib.
OLAY yazır ki, hadisə sənətçinin idarə etdiyi toyların birində yaşanıb.
Bağırov oxuyan zamanı məclisdə iştirak edən azyaşlılardan biri ona yaxınlaşaraq mikrofonunu əlindən almağa çalışıb.
Abbas mikrofonu ona verməmək üçün əlini yuxarı qaldırıb və ya uşaqdan aralaşıb. Lakin azyaşlı istəyindən əl çəkməyib. Bu anda ifaçə zalın bir kənarına qaçıb və nəticədə uşaq Bağırovdan uzaqlaşıb.
Həmin anlar lentə alınaraq sosial şəbəkədə paylaşılıb.