“Böyük qızım Nərgiz artıq universitetdə oxuyur. O, Azərbaycan Diplomatik Akademiyasının (ADA) birinci kursundadır. İxtisası media-marketinqdır. İngilis dilində təhsil alır”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Böyük qızı Nərgizdən söz açan sənətçi bildirib ki, övladı onun adından istifadə edərək özünə biznes qurmaq istəyir:
“Nərgizin beyni çox xoşuma gəlir. Düşüncələri fərqlidir. Artıq indidən planlar qurur ki, hansı biznesə yönələ bilərəm ki, orada sənin adından istifadə edə bilim. Ona cavab verirəm ki, sən elə belə düşün mənə bu bəstir”.
Qeyd edək ki, Lalənin Nərgizdən savayı Çinarə adlı daha bir qız övladı da var.