Video
Video

“Deyirlər ki, on dəfə boşanmışıq”

“Deyirlər ki, on dəfə boşanmışıq”

40 yaşlı şahzadə Harri Nyu Yorkda keçirilən illik DealBook” sammitində övladları və həyat yoldaşı Meqan Markl ilə birlikdə ABŞ-ı tərk edib çoxlarının ondan gözlədiyi Böyük Britaniyaya qayıtmaq fikrində olmadığını bildirib. 

OLAY yazır ki, Harri bildirib ki, bunun əsas səbəbi təhlükəsizlikdir. 

“Mən burada yaşamaqdan və uşaqlarımı burada böyütməkdən çox zövq alıram. Elə məsələlər var ki, biz bunu Böyük Britaniyada əlbəttə ki, edə bilməyəcəyik”, - deyə şahzadə vurğulayıb. 

Şahzadə Harri həmçinin qeyd edib ki, o, ola biləcəyi ən yaxşı ər və ən yaxşı ata olmaq niyyətindədir. 

O, tez-tez sosial mediada yayılan həyat yoldaşı, 43 yaşlı Meqan Markldan ayrılması ilə bağlı şayiələrə də münasibət bildirib: 

“Haqqımızda yazıllar ki, güya biz on dəfə mülk almışıq və on dəfə boşanmışıq. Trollara yazığım gəlir. Onlar bütün bunlara çox ümid bəsləyirlər və sonra məlum olur ki, heç nə olmayıb”.

Qeyd edək ki, Şahzadə Harri və Meqan Markl 2020-ci ildə krallıq vəzifələrindən imtina edərək ABŞ-a köçüblər. O vaxtdan bəri Şahzadə Harri ilə yaxın qohumları arasında münasibətlər, o cümlədən Harri və Meqanın kral ailəsindəki həyatla bağlı xoşagəlməz təfərrüatları açıq şəkildə açıqlaması səbəbindən gərgin olub. Daha əvvəl məlum olmuşdu ki, cütlük Böyük Britaniyanın hazırkı kralı və Harrinin atası onlardan Kraliça II Yelizavetanın toy hədiyyəsi olaraq verdiyi Vindzordakı Froqmor - kotteci tərk etməyi xahiş etdikdən sonra Portuqaliyada mülk alıblar.