“Bu gün Azərbaycanda banklara bir insanın xəstə, pensiyaçı, əllilik dərəcəsinin olması maraqlı deyil. Onlar üçün əsas “pul gəlsin”dir”.
OLAY yazır ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində deyib.
Televiziya ulduzu bildirib ki, bəzi şəxslərin həyatında ən müqəddəs nemət puldur:
“Bütün dünyada insaların bəziləri yaxşılıq, bəziləri pislik, bəziləri isə pul üçün yaşayırlar. Onların Allahları, Tanrıları ümumiyyətlə, hər şeyin müqəddəsi puldur. Çox təəssüf...”