Video
Video

Namiq Xəyyam üçün yığılan pulun aqibətini açıqladı

Namiq Xəyyam üçün yığılan pulun aqibətini açıqladı

“Son zamanlar Xəyyamın əsəbləri yerində deyildi. Ona görə də onun dediklərini ciddiyə almırdıq. Başa düşürdük. Çox ağırdır və çətindir. Yer kürəsində elə bil insan yoxdur ki, mən onunla belə rahat danışım və bir-birimizi bu qədər rahat başa düşə bilək. Biz hansısa bir rəqəm və ya hərflərlərlə bir-birimizə böyük fikirləri başa sala bilərdik. Mənim üçün bu artıq ikinci zərbədir. Bilirsiniz ki, bu yaxınlarda anam dünyasını dəyişdi. Bu stressdən və vəziyyətdən güclə çıxırdım. Bu tərəfdən də bir şey oldu”.

OLAY yazır ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Rəngarəng” verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, bir şəxs Xəyyamın əməliyyat xərclərini üzərinə götürübmüş:

“Xəyyam üçün məbləğ yığılmışdı. Çox yaxşı və xeyirxah bir insan... Allah ona can sağlığı versin. Mən dünən onunla günorta danışmışdım. O istəyirdi ki, Moskvada əməliyyat olunsun. Amma Xəyyamın yaxınları istəyirdilər ki, Belarusiyada əməliyyat olunsun. O qeyd elədi ki, insanlar tərəfindən yığılmış məbləğ hamısı qalsın ailəsinə. Sıfırdan mən hər şey eləməyə hazıram. Belarusiya olmur, hara olursa olsun. Onunla dünən günorta danışmışdım. Amma qismət belə oldu ki, alınmadı. Bu gün o, başsağlığı verdi. Yaxşı insanlar sağ olsun”.

N. Qaraçuxurlu X.Əhmədli ilə çox yaxın dost olduğunu deyib:

“Bundan daha əvvəl Xəyyam reanimasiyaya düşmüşdü. Oradan çıxandan sonra ilk danışığımda onunla birbaşa  zarafatlaşmağa başladım. Dedi ki, üzüm və könlüm güldü. Gün ərzində 3-4 dəfə zəng edib deyirdi ki, halım pisdir. Anamın xəstə vaxtlarında ona pozitivlik ötürə bilmirdim. Gün ərzində hiss edirdim ki, əhvalı pisdir mənə zəng edirdi çəkilirdim bir kənara güldürürdüm onu, o isə məni. Bizim söhbətlərimiz çox tuturdu. Ümumiyyətlə, Xəyyamla demək olar ki, bir yerdə yaşamışıq. Xəyyam gecə-gündüz yanımda idi. Onunla birlikdə çox günlərimiz olub. Xəyyam mənim ən böyük sirdaşım olub. Mən onun, o da mənim sirrlərimi bilib. Biz bax belə dostluq etmişik. Çox ağırdır. Yaşımızın elə bir dövrü gəlib ki, doğmalarımızı və həmyaşıdlarımızı itiririk. Buna isə dözmək və öyrəşmək çox çətindir”.