“Mən gizli adamam. Hər şeyi paylamaq istəmirəm. Amma bəzi şeyləri içimdən keçir ki, paylaşıb. Əziz analar çalışın ölməyin. Siz öləndə nə olacaq? Siz öləndə, zülm və əziyyətlə böyütdüyünüz övladları ömür boyu onlara bir sümürgə, ömür boyu bir dəfə onların altını təmizləməyən insanlar öz eqoları naminə, xasiyyətlərində olan pis cəhətlər naminə xərcləməyə çalışacaqlar”.
OLAY yazır ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.
Analara səslənən sənətçi bildirib ki, onlar dünyasını dəyişəndən sonra övladları çətinliklərlə üzləşəcəklər:
“Analar çalışın ona görə ölməyin ki, siz öləndə cənazəniz məzara qoyulandan bir saat sonra ortalıqda olmayan insanlar sizin övladlarınızı ortalıqda pərəm-pərəm edəcəklər. Deyə bilərsiniz ki, Züfiyyə xanım bunu niyə deyirsiniz? Yəgin bir şey bilirəm deyirəm. Yəgin bu aylardı gördüklərimdən bu nəticəyə gəlmişəm. Bu videonu niyə analara görə çəkirəm? Çünki uşaqlar anadan yetim qalırlar, atadan yox. Ana qeyrətli anadırsa atasızlığı hiss etdirmədən sağ-salamat uşaqları böyüdür. Onlar heç nəyi hiss eləmirlər. Biraz boşluqları olur. Amma anaya bir şey olanda artıq hiss elətdirirlər. Bəli, sizin qeyrətli, ağıllı, vicdanlı bacınız varsa ki, mənim bacım bundan əvvəl dəfələrlə çəkdiyi videoda, vəsiyyət videosunda qeyd edib. Siz onda arxayın ölə bilərsiniz. Əslində çox şey danışmaq istəyirəm. Sadəcə bəzi şeylər qoymur məni danışmağa”.
Qeyd edək ki, Zülfiyyə Qurbanova bir müddət əvvəl bacısı Lamiyəni itirib. Mərhumun 3 övladı var.