Video
Video

“Onları efirə necə çıxırlar?”

“Onları efirə necə çıxırlar?”

“İldə 5-6 dəfə verilişə qatılsam bəsdir. Kanallar dəvət edir. Amma baxıram ki, mənim gedəcəyim veriliş deyil. Gedib nə danışacağam? Həm də işlərimiz çox olur, vaxt tapmırıq

OLAY yazır ki, bu sözləri Xalq artisti Aygün Bayramova “Zaurla Günaydın” verilişində deyib. 

Bir sıra verilişlərdə özünü qonaq qismində görmədiyini söyləyən sənətçi bayağı ifaçıların efirlərə tez-tez dəvət edilməsinə qarşı çıxıb:

“İndi sosial şəbəkədə nələr var... Efirə çıxmasa da “YouTube”da bir kanal açıb hər şeyi nümayiş etdirirlər. Yaxşıdırsa, efirə çağırın. Həm görkəm olaraq, həm də ifa olaraq... Özünüz məndən yaxşı bilirsiniz hər şeyi. O mahnılar necə, harada yazılır? Onları efirə necə çıxırlar?”