Video
Video

“Bədən görüntümüzlə pul qazanmaq tərbiyəmizdə yoxdur”

“Bədən görüntümüzlə pul qazanmaq tərbiyəmizdə yoxdur”

“Düşünürəm ki, Şövkət Ələkbərova sağ olsaydı bəlkə də bu gün bu qədər bayağı musiqilər olmazdı. Bəlkə də o bunlarla bağlı sözünü deyərdi. Şövkət xanımın vaxtında da bayağı musiqilər var idi amma bu qədər çox deyil idi”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Almaz Orucova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.

Sənətçi həmkarlarını sənətlərini deyil geyim və bədən quruluşlarını nümayiş etməkdə günahlandırıb:

“İndi bir çox müğənnilərdə ifadan və sənətdən başqa həqiqətən hər şer var. Bəzən bizə deyirlər ki, ifanı nə edirsiniz, geyiminizə, ona, buna baxın bu qədər. Cavab veririk ki, biz onu edə bilmərik. Bizim ailə və aldığımız sənət tərbiyəmizdə elə bir şey yoxdur ki, sənəti qoyaq kənarı geyimimiz və ya bədən görüntümüzlə pul qazanaq. Xeyr, biz bunu edə bilmərik. Heç etməyəcəyik də... Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik”.