“Bəxtim onda gətirib ki, həyat yoldaşım mən verdiyim məaələhətə qulaq asır. Hər zaman yanımdadır. “Aşkım, aşkım... ” O heç televizora baxmır. Onu çox istəyirəm”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Sənətçi İran əsilli fitnes məşqçisi, həyat yoldaşı Məhəmmədrza Məhəmmədi ilə münasibətlərindən söz açıb.
N. Ələsgərli bildirib ki, həyat yoldaşı əsəbiləşəndə o susur:
“O mənim dostum, həyat yoldaşım, sirdaşımdır. Biz bu yolda onunla bərabər addımlamışıq. Pis günlərimdə də mənə dəstək olan, əsəbiləşəndə məni sakitləşdirən. Haqsızlıqlar görmüşəm, qışqırıb, bağırmışam, çıxmışam özümdən avtomobildə. O isə bu anda məni sakitləşdirib. Deyib ki, xanım fikir vermə (gülür). O çox səbrli insandır. Amma vay o günə ki, həyat yoldaşım hirslənsin. O əsəbiləşəndə mən susuram. Əbətdə ki, güzəştə gedirəm. Qadın güzəştə getməsə o iş getməz. Hər zamam haqlı ola bilmərsən ki... Lap haqlı olsan da belə susmağı bacarmalısan. Hörmət əsasdır. Biz hansı dövrdə yaşayırıq... Nə qorxu? Bizim aramızda hörmət var. Bizim zarafatlarımız da, söhbətlərimiz də, davamız da tutur”.
Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.