Video
Video

Qonca yenidən rəqsi ilə gündəmdə

Qonca yenidən rəqsi ilə gündəmdə

Türkiyənin “Now” televiziyasında yayımlanan “Leyla: Hayat… Aşk… Adalet...” serialının yeni bölümündəki rəqs səhnəsi yenidən sosial media seqmentində gündəm olub. 

OLAY yazır ki,  sözügedən ekran işində baş rol ifaçısı aktrisa Qonca Vuslateri “Gizo və Şenol Evginin ifasında İyi Ki Sen” mahnısı sədaları altında çılğın şəkildə rəqs edib.

Qoncanın bu rəqsi sosial şəbəkəyə yayılaraq “viral” olub. 

Qeyd edək ki, daha əvvəl də həmin ekran işində Q.Vuslaterin “Para çok” mahnısı sədaları altında rəqs etməsi gündəmə səs salmışdı. Onun bu rəqsi bir çox blogerlər tərəfindən təkrarlanmışdı. Müğənni Çinarə Məlikzadədə aktrisanın rəqsini təkrarlayaraq diqqətləri üzərinə  çəkmişdi.