Video
Video

“Başıma gələnlər hər kəsə dərs olsun”

“Başıma gələnlər hər kəsə dərs olsun”

Qanunsuz mərc oyunlarını təşviq etməsi səbibi ilə ev dustaqlığına məhkum edilən və bu gün həmin qərarın vəkilinin köməyi ilə ləvğ olunan Türkiyəli müğənni Serdar Ortaç sosial şəbəkəyə qayıdıb.

OLAY yazır ki, sənətçi instaqram səhifəsində son günlər başına gələn xoşagəlməz hadisələrlə bağlı videoaçıqlama yayıb. 

“Bu mənə böyük dərs oldu. 30 il içki içdim bir gecədə qərar verib içkini dayandırdım. Başıma gələnlər hər kəsə dərs olsun. Tövbə! Hər kəs bundan dərs çıxarsın”, - deyə Ortaç bildirib. 

Xatırladaq ki, Ortaçın məhkəməsi dekabrın 24-də olacaq. 

Qeyd edək ki, eyni ittihamla şoumen Mehmet Əli Ərbilə də ev dustaqlığı cəzası verilib.