Video
Video

Ad günündə Günay Zaurla məzəli video çəkdi

Ad günündə Günay Zaurla məzəli video çəkdi

Bu gün aparıcı Günay Baxşəliyevanın ad günüdür.

OLAY yazır ki, 36 yaşına qədəm qoyan televiziya ulduzu bununla bağlı instaqram səhifəsində paylaşım edib. 

"Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm. Nə yaxşı ki, varımsınız. Allah hər birimizə can-sağlığı versin, ailələrimizi qorusun", - deyə Günay yazıb.

G. Baxşəliyevanın dogum günü ilə bağlı yayımladığı məzəli videoda həyat yoldaşı, aparıcı Zaur Baxşəliyev, övladları Dilavər və Davud da yer alıb.

Qeyd edək ki, Zaur və Günay 2018-ci ildən bəri birlikdə ATV-də "Zaurla Günaydın" proqramını aparırlar.