Video
Video

Mehriban Zəki yeni mövsümə belə hazırlaşır

Mehriban Zəki yeni mövsümə belə hazırlaşır

Avropa tətilini başa vurub Bakıya işlərinin başına dönən Xalq artisti Mehriban Zəki imicini yeniləyib. 

OLAY yazır ki, gözəllik mərkəzlərinin birində sənətçi saçlarına əl gəzdirib. Bununla bağlı Mehriban sosial şəbəkə hesabında paylaşım edib.

Baxım prosedurundan çəkdiyi görüntülərini instaqram səhifəsində izləyiciləri ilə bölüşən Zəki “Yeni mövsümə hazırıq. Saç ustam isti yaydan zədələnmiş saçlarıma həyat verdi” şərhini yazıb.

Qeyd edək ki, M.Zəki yeni mövsümdən etibarən Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq “Azərbaycan Atabəyləri” serialında Şəmsəddin Eldənizin zövcəsi Möminə Xatun rolu ilə tamaşaçıların qarşısına çıxacaq.