Video
Video

Naomi Kempbell gecə klubunda musiqiçi ilə öpüşdü

Naomi Kempbell gecə klubunda musiqiçi ilə öpüşdü

Dünyaca məşhur supermodel Naomi Kempbell DJ Rampa adı ilə tanınan alman Qreqor Sütterlin ilə Mikonosda görüntülənib. 

OLAY yazır ki, gecə klubunda əylənən Naomi və Qreqor öpüşərkən paparatsiyaların kameralarına tuş gəlib. 

Həmin görüntülər sosial şəbəkəyə yayıldıqdan sonra müzakirə predmetinə səbəb olub.

İzləyicilərin əksəriyyəti modeli musiqiçiyə yaraşdırmayıblar. 

Qeyd edək ki, Naomi Kempbellin surroqat anadan dünyaya gələn iki övladı var. 2021-ci ildə modelin qızı, iki ildən sonra isə oğlu dünyaya gəlib. Uşaqların iddia edilən atası haqqında heç nə məlum deyil və supermodel şəxsi həyatının təfərrüatlarını gizli saxlayır.