Video
Video

Dima Bilan Tom Kruzun onu təkrarladığını iddia etdi

Dima Bilan Tom Kruzun onu təkrarladığını iddia etdi

Müğənni Dima Bilan instaqramda bir paylaşım edərək, Tom Kruzun onun hərəkətini oğurladığına işarə edib.

OLAY yazır ki, Bilan iki video paylaşıb. Birinci videoda Bilan, 15 iyun tarixində keçirilən “The best of Bilan” adlı şousu çərçivəsində kəndirlə uçuş hərəkətini edir, ikinci videoda isə həmin hərəkəti aktyor Tom Kruz Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının bağlanış mərasimində təkrarlayır.

Bilan paylaşımını “Çox sual var! Və çox az cavab!” ironiyası ilə bölüşüb.

İnternet istifadəçiləri şərhlərdə zarafat edərək “Tom Kruz gizlincə sizi izləyir”; “Dimanın unikal orijinalı var, Tom Kruzun isə uğursuz bir parodiyası”; “Dima, yəqin ki, Olimpiadada tullanmaqdan imtina etdi. Buna görə də Tom Kruzu çağırmaq məcburiyyətində qaldılar” şərhlərini yazıblar.