Video
Video

Tünzalə Ağayeva Səməd Vurğunun ev muzeyində oxudu!

Tünzalə Ağayeva Səməd Vurğunun ev muzeyində oxudu!

Xalq artisti Tünzalə Ağayeva xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.

OLAY yazır ki, pop ulduz bununla bağlı şəxsi “İnstagram” hesabında video paylaşıb. O, yayımladığı videoya belə bir şərh yazıb: “Sənətinin sənətkarı, dahilərin mühitində seçilən sənətkar olmaq bir xoşbəxtlikdir. Səməd Vurğunun, Xavər xanımla yaşadıqları evdə olmaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin , Fikrət Əmirovun , Arif Məlikovun , Süleyman Ələsgərovun, Səid Rüstəmovun, Yusif Səmədoğlunun ifa etdiyi pianoda oxumaq, hə, bir də Böyük Səməd Vurğunun nəticəsi dəyərli pianoçu Vurğun Vəkilovun müşayətində oxumaq tam başqa bir seçilməkdir. Şəxsimə, sənətimə olan etibar və dəyərdir. Allahın sonsuz  lütfünə həmd olsun. Böyük azərbaycanlılar sizə uşaqlığımdan vurğunam, musiqi mədəniyyətimin, ana dilimin, ədəbiyyatımın dahiləri, ruhunuz şad olsun”.

Sözügedən paylaşım böyük maraqla qarşılanılıb.