İnfluenser Mehin Oktaylı (iconmekh) növbəti addımı ilə diqqət çəkib.
OLAY yazır ki, bloger anasının barmaq izlərini ürək formasında qoluna döymə etdirib. Bu barədə o, instaqram hesabında paylaşım edib.
“Yaddaşımda iz qoyan bir şey son nəfəsimə qədər bədənimdə də iz olaraq qalsın istədim. Çünki bu həyatda silinməyən izlər var, o da valideynlərimin ömrüdür”, - deyə, Mehin yazıb.