Video
Video

“Bu travmalara görə Əlixandan əlavə pul alacam”

“Bu travmalara görə Əlixandan əlavə pul alacam”

Aktyor Taleh Yüzbəyov yeni serialı “Alatava”dan və oradakı obrazından danışıb.

OLAY yazır ki, aktyor həmin obrazı oynamağın onun üçün çox çətin olduğunu deyib. Bu barədə Yüzbəyov sosial media hesabında video paylaşıb.

“10 seriyadan ibarətdir. Kriminal komediyadır və get-gedə hər şey çox çətinləşəcək. Finalı məni şok etmişdi. Mən orada Samir obrazını oynayıram. Əlixan (red. – aktyor Əlixan Rəcəbov) məni məcbur etdi. Heç elə obraz oynamaq istəmirdim. Tam mənim xasiyyətimə ziddir. Hər seriyada aşiq olan, qadınları qucaqlayan, bir yatağa 3 qızla... Nə isə. Çox çətin idi mənim üçün. Bu travmalara görə Əlixandan əlavə pul alacam”, - deyə, o, söyləyib.