Türk aparıcı Esra Erolun verilişində yaşanan hadisə gündəmə bomba kimi düşüb.
OLAY yazır ki, xanımına xəyanət edən bir şəxs onunla barışmaq üçün efirə çıxıb.
O, övladlarına dayə olaraq işə götürmək istədiyi Məryəm adlı xanımla münasibət qurmağa çalışdığı üçün həyat yoldaşı evi tərk edib.
Əsas gündəm olan məsələ isə Məryəm haqqındakı həqiqətlərdir. Belə ki, sözügedən şəxs efirdə olarkən onun cinsiyyət dəyişdirdiyi məlum olub.
Hadisələr bununla yekunlaşmayıb, canlı yayımda bildirilib ki, Məryəm, keçmiş adı ilə Serkan 16 yaşında 8 yaşlı qızı qətlə yetirib. Ailəsi ilə birgə qızcığazı evin döşməsinin altında diri-diri basdırıb.
Bundan sonra, ona 22 il azadlıqdan məhrum edilmə cəzası verilib, lakin Məryəm əfvə düşərək 9 il sonra türmədən çıxıb.
Həbsin ardınca o cinsiyyətini dəyişdirərək həyatına davam edib.