Aktyor İlkin Həsəni İstanbul hava limanından maraqlı videosunu yayımlayıb.
OLAY yazır ki, o, hava limanlarına nifrət etdiyini deyib və qiymətlərin bahalılığından narazılıq edib:
“Dünyanın bütün hava limanlarına nifrət edirəm. Hazırda ən gözəl, ən yaraşıqlı hava limanı olsa belə, nifrət edirəm. Şirniyyat satılan yerlərə, kofe mağazalarına, mağazalara, hər yerə nifrət edirəm. Adi bir suyu 5 avroya (9 manat) mənə satan bütün mağazalara nifrət edirəm. İnternetin 2 saatını 6.5 avroya (11 manat) satan Türk Telekoma da nifrət edirəm”.