Video
Video

Metin video ilə bağlı açıqlama yaydı

Metin video ilə bağlı açıqlama yaydı

Aktyor Metin Akdülger haqqında çıxan tıxacda başqa bir sürücünü döydüyü ilə bağlı xəbərlərə aydınlıq gətirib.

OLAY yazır ki, aktyor sosial media hesabında paylaşım edərək görüntülərdəki şəxsin özü olduğunu təsdiqləsə də, heç kimi döymədiyini bildirib.

“Tıxacda yaşadığım hadisə ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Yol verməkdə yaşadığımız anlaşmazlıq nəticəsində bir qəza yaşadım və o ankı gərginliklə münaqişə oldu. Xəbərdə yazıldığı kimi, heç kimi maşından düşürdüb döyməmişəm. Üzərimə gəldiyini düşündüyümdən həmin şəxsi əlimlə itələdim. Videoda izlədiyiniz budur. Qəzadan sonra bir-birimizin əlaqə nömrələrini aldıq və mövzu ilə əlaqədar prosedurlar davam edir”, - deyə, Akdülger bildirib.