Video
Video

Fenomen xəyanət videosuna görə üzr istədi

Fenomen xəyanət videosuna görə üzr istədi

Xəyanət görüntüləri yayılan "YouTube"-da yayımlanan “Kafalar” qrupunun üzvü Bilal Hancı açıqlama edib.

OLAY yazır ki, "YouTube" fenomeni həyat yoldaşının paylaşdığı video ilə bağlı bunları deyib: "Bir müddətdir boşanma prosesindəyik və 19 oktyabr tarixində  işimizə razılaşdırılmış qaydada baxıldı. Hakim boşanma qərarı verdi. Paylaşılan görüntüləri bu tarixdən sonra, gecə klubunda alkoqolun təsiri altında çəkilib. İlk növbədə Esin, Esinin ailəsi, dostları, öz ailəm və ətrafımdakı dostlarımdan, dəyərli türk xalqından üzr istəyirəm. Bu vəziyyətə səbəb olduğuma görə, təəssüf edirəm". 

Qeyd edək ki, Bilal Hancı həyat yoldaşı Esin Çepniyə xəyanət edib. Esin Çepni həyat yoldaşının gecə klubunda qadınla öpüşən zaman çəkilən görüntüsünü sosial media hesabında paylaşıb. 

O, yaşadığı şoku bu sözlərlə izah edib: "Həmişə güclü olmağa çalışmışam. Dilim sərt olsa da, hər zaman içim ağlayıb. Hər kəsinq aşısında ağlayanlardan qoxmaq lazımdır. Mərhəmətli və ləyaqətli hesab edilərlər, əslində hər işi görənlərdir. Bu gecə başımdan qaynar su töküldü. Səbəbini də öz gözlərimlə gördüm. Sizin də görmənizi istəyirəm".