Video
Video

Evliliklərinin ildönümünü belə qeyd etdilər

Evliliklərinin ildönümünü belə qeyd etdilər

90-cı illərin məşhur modeli 50 yaşlı Haydi Klum və həyat yoldaşı, "Tokio Hotel" qrupunun üzvü 33 yaşlı Tom Kaulitz toylarının ildönümü şərəfinə yenidən İtaliyanın Kapri adasına dincəlməyə gediblər.

OLAY yazır ki, cütlük ora bir neçə gün əvvəl gəlib və supermodel tətildən olan fotoları "İnstaqram" hesabında yayımlayıb. 

50 yaşlı Haydi "Magda Butrym" brendindən olan çimərlik geyimində və qəhvəyi gözlükdə pozlar verib. 

Cütlük evliliklərinin dördüncü ildönümünü moped və qayıqla sahil boyu gəzərək və yerli restoranlarda dincəlməklə qeyd ediblər.