Video
Video

“Karabakh Bouquet” ətri Venesiya muzeyinə qoyuldu

“Karabakh Bouquet” ətri Venesiya muzeyinə qoyuldu

Dünyada tanınan ilk Azərbaycan ətir brendi “Mugham”ın “Karabakh Bouquet - 1752” parfümü “Palazzo Mocenigo Ətirlər Muzeyi” kolleksiyasına əlavə olunub.

OLAY yazır ki, Şuşanın 270 illiyinə həsr olunan “Karabakh Bouquet – 1752” ətri çox bəyənildiyi üçün hələ 2022-ci ilin sonunda Beynəlxalq Venesiya Karnavalı Assosiasiyasının Prezidenti tərəfindən “2023 Venesiya Karnavalı”nın rəsmi proqramına dəvət olunub.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı və Venesiya merinin dəstəyi ilə Venesiyanın ən məhşur “Correr” muzeyinin bal zalında təntənəli tədbir qeyd edilib.

Bununla əlaqədar Bakıda təşkil olunan mətbuat konfransında isə Venesiya Karnavalının Art Direktoru Prins Mauris Aqosti “Mugham”a fəxri sertifikat təqdim edib.

“Mugham” 7 illik fəaliyyəti ərzində müxtəlif beynəlxalq parfümeriya tədbirlərində iştirak edərək, BƏƏ, Fransa, İtaliya və digər ölkələrdə Azərbaycanı təmsil edib.

“Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri də var.