Məşhur türk müğənni Sibel Can növbəti dəfə Bakıya gəlib.
OLAY yazır ki, bu barədə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva paylaşım edib.
R. Əliyeva sənətçini qarşıladığı videonu instaqramda izləyicilərlə bölüşüb.
Qeyd edək ki, Sibelin Azərbaycana gəlişi sabah Bakı Konqres Mərkəzində baş tutacaq konserti ilə bağlıdır. O, tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq.