Video
Video

Nigara hücum edən şəxs saxlanıldı

Nigara hücum edən şəxs saxlanıldı

“Avroviziya” qalibimiz Nigar Camal ötən gecə video paylaşaraq hücuma məruz qaldığını bildirmişdi.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçiyə hücum edən şəxs saxlanılıb. Hazırda bununla araşdırma aparılır.

Qeyd edək ki, KİA markalı 99-RJ-449 dövlət nömrə nişanlı avtomobil sənətçinin idarə etdiyi BMW markalı avtomobilin yolunu kəsib.

KİA-nın sürücüsü avtomobilindən düşərək müğənninin üstünə gəlib. Sənətçi avtomobilinin şüşəsini endirməsə də, aqressiv sürücü zərbə ilə müğənninin avtomobilinin sol güzgüsünə yumruqla zərbə endirib.