Video
Video

Tünzalənin qızı üçün niyə fond yaradılır?

Tünzalənin qızı üçün niyə fond yaradılır?

Əməkdar artist Ülviyyə Əliyeva  Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifindən danışıb.

OLAY yazır ki, bu barədə o, instaqramda açıqlama yayıb. Aktrisa Fondun aktyorlar üçün nəzərdə tutulduğunu bildirib:

“Sənətkarımız Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun xalqa aidiyyatı yoxdur. Fond incəsənət xadimləri, aktyorlar üçündür. Yalnız onlar ora pul yatırsın ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, istəsə də cehizinə xərcləsin. Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub. Müalicəsində, ev almasında”.