Video
Video

Xalq artisti onu parodiya edən şəxsə əsəbiləşdi

Xalq artisti onu parodiya edən şəxsə əsəbiləşdi

Xalq artisti Məleykə Əsədova onu parodiya edən şəxsə əsəbiləşib.

OLAY yazır ki, hadisə “Elgizlə izlə” verilişində baş verib.

Samir adlı şəxs efirə çıxaraq aktrisanın pərəstişkarı olduğunu bildirib. Daha sonra proqramda onun sənətçini parodiya etdiyi görüntülər ekrana verilib.

Sujeti görən Əsədova isə üzünü turşudaraq “Amma düzgün öyrən. Mən danışıq ustadıyam. Danışanda “ı…” etmirəm. Eybi yox, keçirəm günahından”, - deyə, etirazın bildirib.

Daha sonra Samir aktrisanı canlı olaraq parodiya etmək istədiyini bildirdikdə “Get məşq et, sonra gəl”, - deyə, Məleykə qeyd edib.