Əməkdar artist Aygün Bəylər Milli Konservatoriyanın qarşısındakı Üzeyir Hacıbəylinin heykəlinə edilən hörmətsizliyə münasibət bildirib.
OLAY yazır ki, sənətçi iki naməlum şəxsin dahi bəstəkarın heykəlinə ayaqqabı atdığı videonu hekayə bölməsində paylaşıb.
A. Bəylər “Bu nə biabırçılıqdır?!” şərhi ilə məsələyə reaksiya verib.