Azərbaycan əsilli məşhur qazax reper Jah Xalib (Bəxtiyar Məmmədov) yenidən Bakıya üz tutub.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi paytaxt restoranlarının birində keçirilən dəbdəbəli toyda səhnə alıb.
İfaçı gecədə populyar mahnılarını səsləndirib.
Adı açıqlanmasa da, məclisin tanınmış iş adamlarının birinə aid olduğu bildirilib.