Oğlu Adilə toy etməyə hazırlaşan müğənni Xatun Əliyevanın gəlininin xına mərasimi baş tutub.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda paylaşım edib. O, gəliniylə birgə görüntülərini “story” bölməsində yerləşdirib.
Paytaxt restoranlarının birində baş tutan gecədə ifaçını sənət dostları da tək qoymayıb.
Qeyd edək ki, toy 28 noyabrda baş tutacaq. Xatun oğlunun xoş gününə İrem Dericini dəvət edəcəyini bildirib.