İctimai Televiziyanın efirində İngiltərə Premyer Liqası ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə kanal sosial media hesabında yazıb:
“Premyer Liqanın cari mövsümdən tətbiq olunan son tələb və göstərişlərinə əsasən, ölkə hüdudlarından kənara yayımın qarşısını almaq məqsədilə oyunların peyk üzərindən yayımında sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Tələb olunan yeni şifrələmə sistemi texnoloji baxımdan Bakı Teleqüllə Kompleksi tərəfindən dəstəklənmədiyi üçün oyunların peyk üzərindən yayımı dayandırılıb.
Bu səbəbdən efirimizdə İngiltərə Premyer liqasının oyunlarını yalnız kabel televiziyaları, yerüstü yayım və İctimai Televiziyanın rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq”.