“Ailən sənə inanırsa, bütün qərarlarında dəstək verirsə, qalibsən”.

OLAY yazır ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı İnstaqram hesabında yazıb. O, türkiyəli müğənni Doğuşla evliliyinin 7-ci ilinin tamam olduğunu söyləyib:

“Bu illər ərzində hər zaman məni güldürdün. Övladlarına ən yaxşı ata oldun. Tək arzum hər zaman ailəmlə birlikdə olmaqdır. Qeyd edəcəyimiz neçə illərimiz olsun”.

Xoşqədəmlə Doğuşun 7 ili... - FotolarDoğuş isə ailəsi ilə birgə fotosuna bu şərhi verib:

“Həyatım vaxt çox tez keçir, 7 ilimiz tamam oldu. Hər çətinliklə mübarizə aparmağı bacarırsan. Ailəmizlə birgə neçə belə ildönümlərimizi qeyd edək”.

Xatırladaq ki, cütlüyün iki övladı var.

Xoşqədəmlə Doğuşun 7 ili... - Fotolar Xoşqədəmlə Doğuşun 7 ili... - Fotolar