Məşhur fransalı bloger Patrik Veiseller Azərbaycana gəlib.
OLAY yazır ki, “Patrick le Chinois” ləqəbi ilə tanınan komediya ustadı Azərbaycanın tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.
Məşhur bloger sosial media hesablarından və həmçinin “Netflix” platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.