ARB TV-nin “Onun sirri” verilişinin növbəti qonağı ifaçı Rüfət Axundov olub.
OLAY yazır ki, sənətçi illər öncə başına gələn dəhşətli hadisədən danışıb:
“1996-97-ci illər idi, tələbə idim. “Tarqovı” adlanan ərazidə iki gənc oğlan bir xanımın boynundan boyunbağını dartıb qaçdılar. Mən də arxasınca qaçdım. Əlbəyaxa olduq. O biri oğlan da yaxınlaşıb ağzımdan təpik vurdu. Ayaq nahiyyəmə də nəsə dəydi. İti alətlə ayağıma vurmuşdu. Fikir vermədim. Bir müddət sonra hiss etdim ki, ayağım taqətdən düşdü. Baxdım ki, ayağımdan qan axır. Ayağımda indiyədək izi qalıb”.